Dünya
NATO-dan ikinci xəbərdarlıq: “Moskva yalan danışır” - VİDEO

Rusiya qırıcılarının Türkiyə hava məkanını pozması ilə əlaqədar NATO-dan ikinci bir açıqlama gəlib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Şimali Atlantika İttifaqının (NATO) baş katibi Jens Stoltenberq Rusiyanın hadisə ilə bağlı izahını qəbul etmədiklərini deyib.
“Rusiyanın Türkiyənin hava məkanını pozması səhv kimi görünmür. Rusiya ciddi bir pozuntuya yol verib. Bunun bir daha təkrarlanmaması lazımdır. Rusiya ilə siyasi və hərbi müstəvidə ünsiyyətimiz davam edir”, - baş katib söyləyib.
Dünən Türkiyənin xarici işlər naziri Feridun Sinirlioğlu ilə Brüsseldə görüşən Jens Stoltenberq Rusiyanın NATO-nun hava məkanına tam hörmət etməli və ittifaq ilə gərginlikdən qaçmalı olduğunu dilə gətirib.
Xatırladaq ki, Suriyada hərbi əməliyyat keçirən Rusiya Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarələrdən biri oktyabrın 4-də Türkiyənin hava məkanını pozub. Bölgədə uçuş həyata keçirən iki ədəd “F-16” təyyarəmiz tərəfindən müdaxilə edilməsi nəticəsində rus təyyarəsi Türkiyə hava məkanını tərk edərək Suriyaya keçib. Hadisə ilə əlaqədar Rusiyanın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılaraq pozuntu faktına sərt şəkildə etiraz edilib. Türkiyənin xarici işlər naziri isə rusiyalı həmkarı Sergey Lavrova zəng edərək məsələ ilə bağlı Ankaranın mövqeyi çatdırıb və Ankaranın narazılığını ifadə edib.
Rusiya bu hadisəyə qeyri-sabit hava şəraitinin səbəb olduğunu deyib.
Ömər Dağlı

-
İdman10:07
"Qarabağ" - "Viktoriya" matçının hakimləri bəlli oldu
-
İdman09:18
İslamiada: Azərbaycan 58 medalla 4-cü pillədədir
-
Cənubi Qafqaz01:21
İrəvanda itkin düşənlərin sayı 27-yə yüksəldi
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çoxdan gözlədiyiniz olay yaşanacaq
-
Dünya14 Avqust 22:49
Dünya əhalisinin sayı AÇIQLANDI
-
Cənubi Qafqaz14 Avqust 22:31
İrəvan metrosuna bomba qoyulması xəbəri YALAN ÇIXIDI - YENİLƏNDİ
-
Region14 Avqust 21:31
ŞOK OLAY: 2 yaşlı qız onu sancan ilanı DİŞLƏYİB ÖLDÜRDÜ - FOTO
-
Avropa14 Avqust 21:00
Ukraynadakı münaqişənin iki HƏLL VARİANTI: hansı seçilməlidir?