Azərbaycanlı biznesmen 213 milyon dollar cərimələndi
Bizi izləyin

Dünya

Azərbaycanlı biznesmen 213 milyon dollar cərimələndi

Moskva Arbitraj Məhkəməsi azərbaycanlı biznesmen Telman İsmayılovun AST şirkətlər qrupuna daxil olan “KBF AST” MMC şirkətinə qarşı 213 milyon dollarlıq iddia üzrə qərar qəbul edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, qərar VTB qrupuna daxil olan “Moskva Bankı”nın iddiasıyla qəbul edilib.

“Moskva Bankı” oktyabrın 1-də Moskvadakı məşhur Çerkizov bazarının keçmiş sahibinin müflis elan olunması üçün arbitraj məhkəməsinə müraciət edib. Məhkəmənin iddiasına görə, 2012-ci ilin sentyabrından 2014-cü ilin fevralına kimi bank AST Telmanla bağlılığı olan “Ruslayn 2000” və Hollandiyanın “Tropicano Finance B.V.” şirkətlərinə ümumi məbləği 230 milyon dollar olan 3 kredit ayırıb.

Telman İsmayılov banka kreditin vaxtında qaytarılacağı barədə zəmanət məktubu da təqdim edib. Lakin sonradan nə faiz, nə də əsas məbləğ ödənilib. Nəticədə oktyabrın 1-i üçün İsmayılovun borcu 286,4 milyona çatıb.

“Ruslayn 2000” şirkəti ofşor zonada - Britaniyanı Virciniya adalarında qeydə alınıb. Şirkətin əsas fəaliyyət sahəsi daşınmaz əmlakın idarə edilməsidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm