Ərdoğan: “Rusiya çox şey itirər”
Bizi izləyin

Dünya

Ərdoğan: “Rusiya çox şey itirər”

Brüssel səfərində Belçikanın baş naziri Şarl Mişellə görüşdükdən sonra media nümayəndələrinin qarşısına çıxan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya yönəlik çox sərt açıqlamalar verib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, prezident 350 min insanı öldürən Əsədin İran və Rusiya tərəfindən qorunduğunu deyib.

“Rusiyanın Suriyada etdiyinə baxın. Sərhədimizi pozdular, dərdi Suriyada baza qurmaqdır. Rusiya Türkiyə kimi dostunu itirsə, çox şey itirəcək”, - Ərdoğan söyləyib.

Avropa ölkələrinə üzünü tutan Ərdoğan İŞİD, DHKP-C, PYD və PKK kimi terror təşkilatlarıyla birgə mübarizənin aparılmalı olduğunu dilə gətirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm