Sahibkar işçilərini küçədə iməkləməyə məcbur etdi – FOTOLAR
Bizi izləyin

Dünya

Sahibkar işçilərini küçədə iməkləməyə məcbur etdi – FOTOLAR

Bir sıra qeyri-adi malları ilə bütün dünyanı təəccübləndirən Çin sahibkarları bu dəfə də ənənələrinə sadiqlik nümayiş etdiriblər.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, işçilərin alçaldılması Çjençjou şəhərinin mərkəzi rayonunda baş verib.

Sahibkarlarından biri öz işçilərini küçədə sürünməyə məcbur edib.

Buna səbəb işçilərin bayram günü satış planını doldurmamalarıdır.

Küçədə sürünən işçilərin fotoları “Weibo”-da (“Tvitter”in Çin versiyasında) yayılıb. Fotoların bir neçə gün əvvəl çəkildiyi bildirilir. Fotolara yazılmış rəylərdə sahibkarın bayram günü satış planını doldura bilməyən işçilərini alçaldıcı şəkildə cəzalandırdığı vurğulanıb.

Şahidlərin sözlərinə görə, alçaldıcı cəza almış işçilərin şalvarları və köynəkləri yerdə sürünməkdən xarab olub. Onlardan biri küçədə hətta ağlayıb.

Fotolar Çin mətbuatında və sosial şəbəkələrdə yayımlandıqdan sonra baş verənlər ciddi narazılığa səbəb olub. İşçilərini aşağılamış şirkətin adı hələ ki müəyyənləşdirilməyib.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm