Ölkənin ən kök körpəsi dünyaya gəldi – FOTOLAR
Bizi izləyin

Dünya

Ölkənin ən kök körpəsi dünyaya gəldi – FOTOLAR

Hindistanda həkimlərin bahadır adlandırdıqları körpə dünyaya gəlib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Qoqa Bay adlı qadının dünyaya gətirdiyi körpənin çəkisi 6 kiloqramdır. Ölkənin şimal-qərbindəki Racastan ştatındakı doğum evlərindən birində dünyaya göz açmış Hindistanın ən kök və böyük uşağıdır.

Şri-Qanqanaqar xəstəxanasının həkimləri körpəni möcüzə adlandırırlar. “Onun belə kök doğulması bizim üçün tamamilə gözlənilməz oldu. Uşaq təkcə xəstəxanada yox, bütün ölkədə doğulmuş ən böyük körpədir” – deyə Anemika Aqqaruol əlavə edib.

Tibb işçiləri 4 həkimin nəzarəti altında doğulan körpənin çəkisinin belə çox olmasını onun anasının sağlıq durumu ilə izah edirlər. Məsələ burasındadır ki, 25 yaşlı Qoqa diabetdən əziyyət çəkir. Onun çəkisi 100 kiloqramdır.

Körpə tamamilə sağlamdır və onda hər hansı xəstəlik aşkar edilməyib. Qeyd edək ki, Hindistanda doğulan körpələr adətən 3 kiloqram çəkiyə malik olurlar. Bu səbəbdən də 6 kiloqram çəkiyə malik uşaq onlara qeyri-adi görünür.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm