Tutanxamonun məzarında gizli otaqlar tapıldı - FOTO
Bizi izləyin

Dünya

Tutanxamonun məzarında gizli otaqlar tapıldı - FOTO

Misir fironu Tutanxamonun məzarının içində gizli otaqlar tapılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Misirin antik əsərlər naziri Mamduh Eldamati ingiltərəli arxeoloq Nikolas Reveslə birlikdə aparılan araşdırmalar nəticəsində Tutanxamonun məzarının şimal və qərb divarının arxasında gizli otaqlar tapıldığını açıqlayıb.

Kraliça Nefertitinin illərdir tapılmayan məzarının da bu otaqlarda olduğu təxmin edilir.

İngiltərəli arxeoloq bir müddət əvvəl kraliça Nefertinin məzarının Tutanxamonun məzarının içində olduğu ilə bağlı nəzəriyyə irəli sürüb. Reves məzarda gizli otaqların olması barədə nəzəriyyəsinin doğru olduğuna əmin idi.

Misirin antik əsərlər naziri Tutanxamonun məzarının kəşf edildiyi gün – noyabrın 4-də araşdırmaların nəticəsinin açıqlanacağına söz verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm