Çavuşoğlu: “Üzr istəyirəm, heyvanmı seçirsiniz?”
Bizi izləyin

Dünya

Çavuşoğlu: “Üzr istəyirəm, heyvanmı seçirsiniz?”

Türkiyə Ədalət və İnkişaf Partiyasının (AKP) sədr köməkçisi, keçmiş xarici işlər naziri Mövlüd Çavuşoğlu Avropanın qaçqınlara münasibətinə sərt reaksiya verib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Avropanın qəbul edəcəyi qaçqınlar üçün müəyyənləşdirdiyi meyarların etik olmadığını dilə gətirib.

“Avropa ölkələri Türkiyədən qəbul edəcəyi qaçqınlar üçün meyarlar müəyyənləşdiriblər. “Yaxşı təhsilli olsun, çox uşağı olmasın, mümkünsə mənim dinimdən olsun” - deyirlər. Çox üzr istəyirəm, heyvan bazarından heyvanmı seçirsiniz? Avropanın yanaşması budur”, - Çavuşoğlu deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm