Poroşenko Donbasın Ukraynaya qayıdışının başlandığını elan etdi
Bizi izləyin

Dünya

Poroşenko Donbasın Ukraynaya qayıdışının başlandığını elan etdi

Ukrayna prezidenti Pyotr Poroşenko Donbas hövzəsinin Ukraynaya qayıdışının başlandığını elan edib.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, dövlət başçısı bu barədə “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, Donetsk və Luqansk “xalq respublikaları”nın yerli seçkilərin növbəti ilə keçirilməsi barədə qərarı Donbas hövzəsinin Ukraynaya qayıdışı üçün yolu açır.

Xatırladaq ki, oktyabrın 4-də Poroşenko “Normandiya dördlüyü”nün (Almaniya, Fransa, Rusiya və Ukrayna) liderlərinin Parisdəki görüşünün nəticələri ilə bağlı mətbuat konfransı keçirib. Ukrayna dövlət başçısı qeyd edib ki, Putin separatçılara dəstəyini dayandıracağına dair söz verib. Poroşenko qeyd edib ki, oktyabrın 2-də keçirilən görüşdə əldə olunan razılaşma separatçıların nəzarətindəki ərazilərin azad olunmasına dair siqnaldır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm