Dünya
İŞİD Üsamə bin Ladeni öldürən əsgərin ünvanını açıqladı

İŞİD terror qruplaşması 2011-ci ildə “Əl-Qaidə” lideri Üsamə bin Ladeni öldürən amerikalı əsgər Robert O'Nilin ev ünvanını dərc edib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, İŞİD-in sosial şəbəkədə paylaşdığı məlumatlar arasında Robert O'Nilin ev ünvanı ilə yanaşı, amerikalı hərbçinin necə tapılacağına dair məlumatlar da var.
Xatırladaq ki, O'Nil kimliyini uzun müddət gizli saxladıqdan
sonra ötən ilin noyabrında üzə çıxıb. ABŞ Hərbi Dəniz Qüvvələrinin
“Dəniz Pişikləri” Xüsusi Təyinatlı Bölməsinin hərbi qulluqçusu
O'Nil Böyük Britaniyanın “Daily Mail” qəzetinə açıqlamasında
bildirib ki, “Əl-Qaidə”nin liderini məhz o öldürüb.
Robert O'Nil Montana ştatında anadan olub. O, 19 yaşından orduda xidmət edib, 400 hərbi əməliyyatda, o cümlədən İraq və Əfqanıstan müharibələrində iştirak edib. Dünyanın 1 nömrəli terrorçusunun məhv edilməsinə görə xüsusi mükafatla təltif olunub.
Qeyd edək ki, Üsamə bin Laden 2011-ci ilin mayında ABŞ xüsusi təyinatlılarının Pakistanın Abbotabad şəhərində keçirdiyi əməliyyat nəticəsində məhv edilib. “Əl-Qaidə” liderinin cəsədinin dənizə atıldığı bildirilir.

-
Region20:00
Ərdoğan: "Sülhə yol açmaq üçün Putinlə daimi təmasdayam"
-
Magazin119:37
Bu gün Rəqsanənin qızı Aysunun TOYUDUR - VİDEO
-
Dünya19:03
“Ukraynanın NATO-ya qəbulu mümkünə yaxın belə deyildi” - Conson
-
Nida Xəbər 18:45
İdxal olunan ətlərdən harada istifadə olunur?
-
Dünya18:38
Ərdoğan: "Gecikmələrə dözə bilmərik"
-
Dünya17:48
Dünya elmini şoka salan ...iki cəsəd – FOTO
-
Magazin217:34
Türkiyə Cüneyt Arkını son mənzilə yola salır – FOTO
-
Sosial16:45
Vətən müharibəsi şəhidinin doğum günü qeyd olundu - FOTO