
Türkiyə Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Figen Yüksekdag partiyasını 1 noyabr parlament seçkilərində təmsil edəcək namizədlərin təqdimat mərasimində separatçı vədlərlə yadda qalıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Figen Yüksekdag Vanda keçirilən təqdimat mərasimində seçicilərə 1 noyabr seçkilər sonrası muxtariyyət söz verib.
“Vanda “özümüzü özümüz idarə edəcəyik” deyərək iradəmizə sahib çıxacağıq. Noyabrın birində xalqlarımızın azadlığını, bərabərliyini, demokratiyanı və gələcəyimizi qazanacağıq”, - HDP-nin həmsədri deyib.