Dünya
İŞİD son anda nüvə bombasından məhrum edildi - TƏHLÜKƏ
Moldovada “çirkli bomba” üçün xammal olan nüvə materiallarının “qara bazar”da İŞİD-ə satışının qarşısı alınıb.
Publika.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, Moldova hüquq-mühafizə orqanlarının əməkdaşlarına ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) yardım edib.
Nüvə materiallarının “qara bazar”da İŞİD-ə satışının qarşısı son beş ildə ümumilikdə 4 dəfə alınıb. Radioaktiv xammalın Rusiyadan daşındığı təxmin edilir.
“Bu cür hadisələrin davamını gözləyə bilərik. Qaçaqmalçılar bunu etməkdə davam edəcəklər”, - moldovalı müstəntiq Konstantin Malik agentliyə bildirib.
Son əməliyyat 2015-ci ilin fevralında keçirilib. Qeyd edək ki, “çirkli bomba” partlayış dalğasının köməyi ilə əhəmiyyətli məsafələrə radioaktiv maddələri tozlandıran kütləvi qırğın silahıdır.
Xatırladaq ki, iyun ayında Avstraliya kəşfiyyatı İŞİD-in “çirkli bomba” yaratmaq planları barədə məlumat verib. Avstraliyanın xarici işlər naziri Culya Bişop İŞİD terror təşkilatının “çirkli bomba” yaratmaq üçün kifayət qədər radioaktiv maddə ələ keçirdiyini bildirib. Avstraliya Kəşfiyyat İdarəsinin məlumatına görə, İŞİD-in bioloji və ya radioaktiv silah yaratmaq şansı kifayət qədər çoxdur.
İŞİD döyüşçüləri arasında 10 gün keçirən almaniyalı jurnalist
Jürgen Todenhöfer də analoji iddia ilə çıxış edib. Onun sözlərinə
görə, İŞİD Qərbə qarşı nüvə hücumu planlaşdırır və bunun üçün
potensialı var.
İŞİD-in kütləvi qırğın silahlarına sahib olması barədə iddialar hələ ötən ilin yayında irəli sürülüb. Məlumata görə, terror qruplaşması ötən ilin iyununda İraqın şimalındakı universitetlərin birində elmi araşdırmalar üçün istifadə edilən nüvə materiallarını ələ keçirib. İraq hakimiyyəti də bununla bağlı Birləşmiş Millətlər Təşkilatına (BMT) rəsmi məktub yazıb.
İraqın BMT-dəki daimi nümayəndəsi Məhəmməd Əli Əl-Hakim qurumun baş katibi Pan Gi Muna Mosul universitetində təxminən 40 kiloqram uran birləşməsinin saxlanıldığını bildirib. “Terror qruplaşmaları hakimiyyətin nəzarətindən çıxan obyektlərdə nüvə materiallarını ələ keçirib. Bu, kütləvi qırğın silahının istehsalında istifadə edilə bilər”,– məktubda deyilirdi.
Məktubda Səddam Hüseyn rejimi dövründən qalan kimyəvi zavodlarda
müxtəlif zəhərli kimyəvi maddələr və ya qalıqların olduğu ifadə
edilib.
Ömər Dağlı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı