BMT-də rüşvət şoku: Baş Assambleyanın rəhbəri həbs olundu
Bizi izləyin

Dünya

BMT-də rüşvət şoku: Baş Assambleyanın rəhbəri həbs olundu

BMT Baş Assambleyasının keçmiş sədri Con Eş Nyu-Yorkda həbs edilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, o, 1,3 milyon dollar rüşvət almaqda və Çin biznesmeninin xeyrinə vergi qanunvericiliyini pozmaqda ittiham edilir.

BMT Baş Assambleyasının 68-ci sessiyasının rəhbəri olan Con Eş hazırda qurumun Antigua-Barbuda ada dövlətində daimi nümayəndəsidir. Rəsmi informasiyaya əsasən, o, Nyu-York şəhərində yerləşən evində dünən axşam həbs edilib.

Rəsmi ittihama görə, Con Eş çinli biznesmen Enq Lap Senqadan yarım milyon dollar rüşvət alaraq Makaodakı konfrans mərkəzinin inşası üçün onun layihənin qalibi olmasını təmin edib. O, ABŞ-da lobbiçiliyini aparmaq müqabilində çinli biznesmendən daha 800 min dollar rüşvət alıb.

ABŞ Federal prokurorluğunun məlumatına görə, istintaq davam edir. Cinayət işi ilə əlaqədar başqalarının da həbsi istisna edilmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm