Krıma görə Rusiya rublu sürətlə ucuzlaşır
Bizi izləyin

Dünya

Krıma görə Rusiya rublu sürətlə ucuzlaşır

Ekspertlər hesab edirlər ki, rublun kəskin ucuzlaşmasına əsas səbəb Krım hadisələrinə görə qərb dövlətlərinin mümkün sankisyalarıdır

Ekspertlər hesab edirlər ki, rublun kəskin ucuzlaşmasına əsas səbəb Krım hadisələrinə görə qərb dövlətlərinin mümkün sankisyalarıdır

Rublun dollar və avroya nisbətdə öz dəyərini bu qədər itirməsi son 2 ildə müşahidə olunmayib.

1 avro 51 rubl, 1 dollar 37 rubla qədər ucuzlaşıb. Bütün bu proseslərə Rusiya Mərkəzi Bankının müdaxiləsi də təsir edə bilməyib. Belə ki, qurum dövriyyəyə 4 mlyard dollar buraxsa da, amerika valyutası ucuzlaşmayıb. Ekspertlər hesab edirlər ki, rublun kəskin ucuzlaşmasına əsas səbəb Krım hadisələrinə görə qərb dövlətlərinin mümkün sankisyalarıdır. Bu ehtimal gərginliyi daha da dərinləşdirir. Güman olunur ki, sabahkı referendumun nəticələrindən asılı olaraq, gələn həftə sanksiyalar reallaşa bilər. Bu da Rusiya valyutasına daha böyük zərbə ola bilər.

İndi əsas diqqət Rusiya Mərkəzi Bankına yönəlib. Qurum rublun məzənnəsini saxlamaq üçün müdaxilələrini davam etdirməlidir. Bu arada hökumət inflyasiya ilə bağlı proqnozunu açıqlayıb. Rəsmilər inflyasiyanın ən azı ilin ortalarına qədər aşağı düşməyəcəyini hesab edirlər. Proqnoz isə 5,2-5,3%-dir . Amma müstəqil şərhçilər ən azi 6% inflyasiya gözləyirlər. /anspress.com/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm