Həbsxanada qiyam baş verdi - VİDEO
Bizi izləyin

Dünya

Həbsxanada qiyam baş verdi - VİDEO

Braziliyanın Londrina həbsxanasında qiyam baş verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, qiyamçılar həbsxananın şüşələrini sındırıb, yataq dəstlərini yandırıblar.

Sonra beş nəfəri girov götürən məhbuslar onları həbsxananın damına çıxarıblar. Girovların məhbus, yaxud da həbsxana işçiləri olması barədə məlumat yoxdur.

Qiyamçılar həbsxanada saxlanma şəraitinin yaxşılaşdırılmasını tələb edirlər. Məlumata görə, 928 yerlik həbsxanada 1140 nəfər saxlanılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm