Dünya
Xəzər donanması İŞİD-i bombaladı: 26 qanadlı raketlə - VİDEO (YENİLƏNİB)
Rusiyanın Hərbi Dəniz Qüvvələrinin Xəzər dənizi donanması İŞİD terror qruplaşmasının Suriyadakı mövqelərini vurub.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə verdiyi hesabatında bildirib.
“İŞİD-in 11 mövqeyi dörd gəmidən 26 raketlə vurulub. Hədəfə alınan bütün mövqelər məhv edilib, mülki obyektlər zərər çəkməyib”, - Rusiya Müdafiə Nazirliyinin başçısı qeyd edib.
Şoyqu bildirib ki, terror qruplaşmasının silah-sursat anbarı, hərbi texnikası və təlim düşərgəsi məhv edilib.
Məlumata görə, İŞİD-in mövqeləri 3M14 qanadlı raketlərlə vurulub. 3M14 raketi 3M10 raketlərinin yeni versiyasıdır və Amerikanın “Tomaqavk” tipli raketlərin yerli analoqudur. Hərbçilərin məlumatına görə, 3M14 raketlərinin dəniz versiyası ən azı 2,6 min kilometr uzaqlıqda obyektləri məhv edə bilir.
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub