• USD 1,7000 0,00% EUR 1,9396 +0,30%
    • GBP 2,1676 0,00% RUB 0,0272 +1,10%

Əsədin ordusu hücuma keçdi

  • Dünya
  • 7 Oktyabr 2015 20:44
  • 1 435 Baxış
Əsədin ordusu hücuma keçdi

Rusiyanın hava hücumlarından sonra özündə güc tapan Bəşər Əsədin ordusu quru əməliyyatına başlayıb.

Publika.az xəbər verir ki, bu barədə “Anadolu” agentlyinə Azad Suriya Ordusunun səhra komandirlərindən olan Əhməd Cabir bildirib.

Suriyanın qərb bölgələrinə geri çəkilən Əsəd rejimi şimalda Hələb vilayətinin mərkəzindən paytaxt Dəməşqə qədər uzanan xəttə nəzarət edir. Rejim şərqdə isə Deyr'uz Zor və Haseke vilayətlərinin yalnız inzibati mərkəzlərinə nəzarət edir.

Strateji əhəmiyyətli liman şəhəri Lazikiyənin şimali-şərqindəki İdlib vilayət isə müxalifətin silahlı gücü olan Fəth Ordusunun əlindədir. Dəməşqin Bəşər Əsədin məmləkəti olan Lazikiyədə tam olaraq möhkəmlənməsi Xama və Xüms bölgəsini də tam olaraq ələ keçirilməsi ilə bağlıdır.

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR