Keçmiş baş nazirlər məhkəməyə çağırıldı
Bizi izləyin

Dünya

Keçmiş baş nazirlər məhkəməyə çağırıldı

Türkiyənin keçmiş baş nazirləri Tansu Çiller və Məsud Yılmaz 28 fevral iddiası ilə bağlı məhkəməyə çağırılıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bununla bağlı Ankara 5-ci Ağır Ceza Məhkəməsi qərar qəbul edib.

Qərarda həmçinin bildirilir ki, keçmiş baş nazirlər məhkəməyə gəlməyəcəyi halda, onların məcburi şəkildə gətirilməsi üçün növbəti qərar veriləcək.

Xatırladaq ki, 1997-ci il fevralın 28-də keçirilən Milli Təhlükəsizlik Şurasının (MGK) qərarları o dövrdə Nəcmədin Ərbakan və Tansu Çillerin koalisiyası ilə qurulmuş “Refah-Yol” hökumətinə bildirilib. Qərarda dünyəvi sistem üçün qərarların icrası tələb olunub. Fevralın 28-də başlayan bu proses eyni il iyun ayının 18-də baş nazir Nəcməddin Ərbakanın istefası ilə nəticələnib. Hökuməti yenidən qurmaq vəzifəsinin parlamentdə deputat sayına görə 2-ci partiyanın (DYP) sədri olan Tansu Çillerə verilməsi gözlənilsə də prezident Süleyman Dəmirəl iyunun 19-da bu vəzifəni ANAP-ın (Ana Vətən Partiyası) sədri Məsud Yılmaza verdi. M.Yılmaz isə iyunun 30-da “Anasol-D” hökumətini qurub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm