ABŞ-ın strateji müttəfiqi Rusiyaya məlumat ötürəcək
Bizi izləyin

Dünya

ABŞ-ın strateji müttəfiqi Rusiyaya məlumat ötürəcək

ABŞ-ın strateji müttəfiqi olan İsrail Rusiyaya Suriyada dəstək verməyə hazırlaşır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, İsrail Suriyadakı terror təşkilatları haqqında kəşfiyyat məlumatlarını Rusiyaya ötürəcək.

Məlumata görə, Rusiya Baş Qərargah rəisinin birinci müavini, general Nikolay Boqdanovskinin rəhbərlik etdiyi nümayəndə heyəti hərbi əməkdaşlığın koordinasiyasını müzakirə etmək üçün oktyabrın 6-da İsrailə gedib. Nikolay Boqdanovski İsrail Baş Qərargahı, hava qüvvələri və Mossad səlahiyyətliləri ilə görüşüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm