Ukrayna Rusiya desantının qarşısını aldığını elan edir (VİDEO)
Bizi izləyin

Dünya

Ukrayna Rusiya desantının qarşısını aldığını elan edir (VİDEO)

Publika.Az "Azadlıq radiosu"na istinadən xəbər verir ki, Ukrayna ordusu Xerson vilayəti ərazisinə Rusiya silahlı qüvvələrinin desant çıxarmasının qarşısını alıb.

Publika.Az "Azadlıq radiosu"na istinadən xəbər verir ki, Ukrayna ordusu Xerson vilayəti ərazisinə Rusiya silahlı qüvvələrinin desant çıxarmasının qarşısını alıb.


Bu haqda xəbər verən Ukrayna rəsmiləri iddia edirlər ki, hadisə Krım yaxınlığında, Arbatskaya strela adlanan yarımadada baş verib.

Hərbi-siyasi tədqiqatlar mərkəzinin rəhbəri Dmitirii Timçuk bildirir ki, geri çəkilən Rusiya hərbçiləri hələ də Xerson vilayəti ərazisində, separatçılarla Ukrayna rəsmi hökumət qüvvələrini ayıran sərhəd xəttinin Ukrayna tərəfindədirlər.


Ukrayna Xarici işlər nazirliyi insidentlər bağlı Rusiyaya kəskin nota verərək bildirib ki, Rusiyanın öz ərazisinə müdaxiləsinin qarşısını almaq üçün Ukrayna bütün vasitələrdən istifadə etmək hüququnu özündə saxlayır.

İsmayıl

Oxumağa davam et
Reklam
Reklam

Gündəm