Haradan haraya... Dubay 60 il əvvəl və bu gün - FOTOLAR
Bizi izləyin

Dünya

Haradan haraya... Dubay 60 il əvvəl və bu gün - FOTOLAR

Birləşmiş Ərəb Əmirliyinin ən böyük şəhərlərindən olan Dubay administrativ mərkəz olmaqla yanaşı həm də Əmirliyin Yaxın Şərqlə əhəmiyyətli ticarət mərkəzidir. Fars körfəzinin sahilində yerləşən Dubayın dəniz limanları və beynəlxalq aeroportu vasitəsilə region ölkələrinə müxtəlif məhsullar, o cümlədən qızıl aparılır.

1954-1971-ci illərdə Britaniya protektoratının administrativ mərkəzi olan Dubay indi də dünya ticarətində əhəmiyyətli rola malikdir. 1930-cu ildən sonra şəhərdə dəyişiklik edilməyə, yeni binalar tikilməyə başlandı. Artıq 1950-1960-cı illərdən sonra şəhər o qədər dəyişdi ki, fotolara baxanda onun indiki Dubay olduğuna inanmaq çətin olur.

Şəhərdə birinci avialaynerdən 1965-ci ildə istifadə olunub. Bu Middle East Airlines aviaşirkətinə məxsus layner olub. Dubayda ilk mağaza isə 1956-cı ildə açılan Jashanmaldır.

Publika.az Dubay şəhərinin 60 il əvvəlki və indiki fotolarını təqdim edir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm