Ərdoğan dünən hədələdi, bu gün isə...
Bizi izləyin

Dünya

Ərdoğan dünən hədələdi, bu gün isə...

Türkiyənin “Mavi axın” təbii qaz kəməri ilə 3 milyard kubmetr əlavə qaz istəyi Rusiyanın “Qazprom” şirkəti tərəfindən rədd edilib.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Qazprom”un rəhbəri Aleksey Miller bildirib.

Millerin sözlərinə görə, 2 milyard kubmetr əlavə təbii qaz tikintisi planlaşdırılan “Türk axını” ilə nəql edilə bilər.

Türkiyənin Rusiyadan əlavə mavi yanacaq istəməsi isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dünənki bəyanatı ilə ziddiyyət təşkil edir. Belə ki, dünən Türkiyə prezidenti Rusiya qazından imtina edə biləcəklərini bildirib. “Türkiyə Rusiya təbii qazının aparıcı istehlakçısıdır. Türkiyənin itirilməsi Rusiya üçün ciddi itki olacaq. Əgər lazım olarsa, Türkiyə başqa ölkələrdən təbii qazı idxal edə bilər”.

Məlumata görə, Türkiyə təbii qaza olan tələbatının 60 faizini, neftə olan tələbatının isə 35 faizini Rusiyadan təmin edir.

Türkiyənin enerji üzrə mütəxəssisləri də yaxın və orta müddətli perspektivdə Rusiya qazından imtinanı mümkünsüz hesab edirlər. Onların sözlərinə görə, mövcud kəmərlərlə başqa ölkələrdən təbii qazın idxalı mümkün görünmür.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm