“Sirli planet”in yeni şəkilləri
Bizi izləyin

Dünya

“Sirli planet”in yeni şəkilləri

NASA “sirli planet” kimi tanınan Plutonun yeni şəkillərini yayıb.

Publika.az xəbər verir ki, “Yeni Üfüqlər” kosmik gəmisi tərəfindən çəkilən şəkillərdə planetin mavi səmasının olduğu görünür.

Kosmik gəmi ekspedisiyasının rəhbəri Alan Stern planetdəki mavi səmanın göz qamaşdırdığını bildirib.

Şəkillərdə həmçinin planetin üzərində çoxlu buz parçalarının olduğu da görünür.

Pluton barədə əvvəl verilən açıqlamalarda orada qum təpəcikləri olduğu ehtimal edilən hündürlüklərin qeydə alındığı bildirilmişdi. Alimlər Plutonun üzərindəki dağa bənzər yerlərin buzlarla örtülü olduğunu və 3 min 400 metr hündürlükdə olduğunu açıqlayıblar.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm