Obama fiaskonu rəsmən bəyan etdi: ABŞ Suriyadan çəkildi - VİDEO
Bizi izləyin

Dünya

Obama fiaskonu rəsmən bəyan etdi: ABŞ Suriyadan çəkildi - VİDEO

ABŞ Suriya müxalifətinin cəlb olunduğu “təlim-təchiz” proqramından imtina edib.

Publika.az “New York Times” nəşrinə istinadən xəbər verir ki, ABŞ prezidenti Barak Obama fiaskoya uğrayan 500 milyon dollarlıq proqramın dayandırılması barədə göstəriş verib.

İŞİD terror təşkilatına qarşı vuruşmaq üçün Türkiyədə ABŞ tərəfindən öyrədilərək silahlandırılan ilk qrup hələ iyul ayında böyük müvəffəqiyyətsizliyə uğrayıb. İyunun 12-də Türkiyədən Suriyaya daxil olan 54 nəfərlik qrupun İŞİD-ə bir güllə belə atmağa fürsəti olmayıb. Qrupun təxminən yarısı “Əl-Qaidə”nin davamı olan “Əl-Nüsra” Cəbhəsinə əsir düşüb. Digərləri ya öldürülüb, ya da qaçıb. Sağ xilas olanlar isə Hələbdə PYD-nin (PKK-nın Suriya qolu) nəzarətindəki Afrin bölgəsinə sığınıb.

Qeyd edək ki, “təlim-təchiz” proqramı Türkiyə və İordaniyada həyata keçirilir. Proqramın yaxın vaxtlarda Səudiyyə Ərəbistanında da həyata keçirlməsi planlaşdırılırdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm