Mikayıl Cabbarov: “12 ildə 3 min ümumtəhsil müəssisəsi tikilib və təmir olunub”
Bizi izləyin

Dünya

Mikayıl Cabbarov: “12 ildə 3 min ümumtəhsil müəssisəsi tikilib və təmir olunub”

“Son 12 ildə Azərbaycanda 3000-dən artıq ümumtəhsil müəssisəsi tikilib və əsaslı təmir olunub”.

Publika.az xəbər verir ki, bu sözləri təhsil naziri Mikayıl Cabbarov Şəmkir şəhər Nizami Gəncəvi adına tam orta məktəbin açılış mərasimində çıxışı zamanı deyib.

Nazir bildirib ki, Şəmkir şəhərində belə bir təhsil ocağının inşa olunması ölkə Prezidentinin təhsil sahəsinə olan yüksək diqqət və qayğısının bariz nümunəsidir.

Təhsil Nazirliyi tərəfindən tikilən 640 şagird yerlik Şəmkir şəhər Nizami Gəncəvi adına tam orta məktəbin inşasına ötən ilin dekabr ayından başlanılıb. Cəmi 10 aya yüksək keyfiyyətlə tikilən məktəbdə 26 sinif otağı, 2 kimya, 2 biologiya və 2 fizika laboratoriyası, 2 əmək təlimi otağı, kompüter otağı, distant təhsil sistemi üçün 2 tədris otağı, akt zalı, idman zalı, kitabxana və futbol meydançası var. Məktəb binasına videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri quraşdırılıb, internet və telefon xətləri çəkilib.

Mərasimdə təhsil naziri Mikayıl Cabbarov, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov və rayonun təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm