ABŞ “Patriot”ları Türkiyədən çıxarmağa başladı
Bizi izləyin

Dünya

ABŞ “Patriot”ları Türkiyədən çıxarmağa başladı

ABŞ Qaziantepdə yerləşdirdiyi və vəzifə müddəti ilin sonuna kimi başa çatan “Patriot” raket hücumundan müdafiə sistemlərini çıxarmağa başlayıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Patriot”lar ABŞ-a aparılması üçün İskəndərun limanına gətirilib.

Limanda toplanan “Patriotlar” gəmilərə yüklənilməsi üçün hazır vəziyyətə gətirilib.

Qeyd edək ki, ABŞ və Almaniya Türkiyədən “Patriot” sistemlərini çıxarmaq qərarına gəliblər. Bu ilin sonuna kimi “Patriot”ların missiyası başa çatır və qərb ölkələri mandatı uzatmaq fikrində deyillər. ABŞ rəhbərliyi “Patriot”ları Türkiyəyə geri qaytara biləcəyini vurğulasa da, Almaniya bunu heç cür edə bilməyəcəyini bildirir.

“Patriot” sistemləri Türkiyədə 2013-cü ildə yerləşdirilib. Sistemlərin yerləşdirilməsində əsas məqsəd sözügedən ölkələrin NATO üzrə müttəfiqləri olan Türkiyənin Suriya ərazisindən gələ biləcək istənilən raket zərbəsindən qorumaqdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm