Aİ Rusiyaya elçi düşdü: Amerikaya imkan vermək olmaz
Bizi izləyin

Dünya

Aİ Rusiyaya elçi düşdü: Amerikaya imkan vermək olmaz

Avropa İttifaqı (Aİ) Rusiya ilə əməli münasibətlərini bərpa etməlidir və ABŞ-a bu məsələdə diktə etməyə imkan verməməlidir.

Publika.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının başçısı Jan-Klod Yunker bəyan edib.

O, ABŞ prezidenti Barak Obamanın Rusiyanı sadəcə məhəlli əhəmiyyətə malik bir ölkə kimi qələmə verməsini tənqid edib.

"Rusiya ilə ona uyğun rəftar olunmalıdır. Biz Rusiya ilə əməli münasibətlər istiqamətində səy göstərməliyik, indiki minvalla davam edə bilmərik", komissiya rəhbəri əlavə edib

.

Avropa İttifaqı ilə Rusiyanın münasibətlərindəki gərginliyə toxunan Jan-Klod deyib ki, Avropa Rusiya ilə münasibətləri Vaşinqtonun müəyyən etməsinə imkan verməməlidir.

Bununla belə o, Rusiyanın siyasətini ciddi təftiş etməyin vacibliyini də vurğulayıb. "Onların Krım və şərqi Ukraynada atdıqları addımlar qəbuledilməzdir", - Avropa Komissiyasının rəhbəri deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm