İŞİD Kərkükdə 200 nəfəri girov götürüb
Bizi izləyin

Dünya

İŞİD Kərkükdə 200 nəfəri girov götürüb

“İslam dövləti” (İŞİD) terror qruplaşmasının döyüşçüləri İraqın Kərkük vilayətinin 200-dən çox sakinini girov götürüb.

Publika.az İranın “Fars” agentliyinə istinadən xəbər verir ki, girov götürülənlər İraq təhlükəsizlik gücləri və Peşmərgə ilə əməkdaşlıqda ittiham edilib.

Girov götürülənlərin hamısı vilayətin cənub-qərbində yerləşən Əz-Zab rayonunun Əl-Halauat kəndinin sakinləridir.

Qeyd edək ki, bu həftənin əvvəlində Peşmərgə gücləri və İraq ordusu Kərkükdə İŞİD-ə qarşı yeni hücumlara başlayıb. Birləşmiş qüvvələr təxminən 50 kənd üzərində nəzarəti bərpa ediblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm