PKK-dan Ankaraya şok təhdid: “Məzarlar dolacaq, döyüş Yaxın Şərqə yayılacaq”
Bizi izləyin

Dünya

PKK-dan Ankaraya şok təhdid: “Məzarlar dolacaq, döyüş Yaxın Şərqə yayılacaq”

İyunun 7-də keçirilən parlament seçkilərindən sonra terror hücumlarına başlayan PKK terror təşkilatı geri addım atmağa hazırlaşır.

Publika.az xəbər verir ki, PKK-nın Qəndildəki liderlərindən olan Cəmil Bayık Fransanın AFP agentliyinə müsahibəsində atəşkəsə hazır olduğunu bildirib.

“Atəşkəsə hazırıq. Biz döyüş istəmirik, problemi döyüş yolu ilə həll etmək mümkün olsaydı, bunu illər əvvəl etmək olardı”, - o deyib.

PKK lideri bütün Yaxın Şərqi təhdid etməkdən də çəkinməyib. Onun sözlərinə görə, Türkiyə hökuməti “döyüş məntiqi”ni davam etdirsə, məzarlar dolmaqda davam edəcək və döyüş Türkiyə sərhədlərini keçərək bütün Yaxın Şərqə yayılacaq.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı tənqid edən Cəmil Bayıkın sözlərinə görə, Ərdoğan onları dialoqun olduğuna inandırıb. Türkiyə daxilində və Şimali İraqda təşkil edilən hava hücumlarında 1740 PKK-çının öldürüldüyü barədə rəsmi məlumatları təkzib edən Bayık indiyə qədər yalnız 70 nəfəri itirdiklərini iddia edib.

Noyabrın 1-də keçiriləcək seçkilərə toxunan Bayık seçiciləri Xalqların Demokratik Partiyasına (HDP) səs verməyə çağırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm