Böyük terrorun qarşısı alındı: hədəfdə AKP və dövlət məmurları olub
Bizi izləyin

Dünya

Böyük terrorun qarşısı alındı: hədəfdə AKP və dövlət məmurları olub

Ankara Ədliyyəsində dəhşətli terror aktının qarşısı alınıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, hücum planının arxasından Xalq Qurtuluş Partiyası-Cəbhəsi (DHKP-C) terror təşkilatı çıxıb.

Məlumata görə, terror təşkilatının üzvlərindən biri ədliyyədə çalışan vəkillərdən birinin şəxsiyyət vəsiqəsini əldə edərək ona öz şəkilini əlavə edib. Vəkilin şəxsiyyət vəsiqəsi ilə ədliyyəyə girməyə başlayan terrorçu təxminən bir həftə binanın daxilində kəşfiyyat fəaliyyəti ilə məşğul olub. DHKP-C Ankara Ədliyyəsində çalışan və təşkilatın “qara siyahı”sında olan bəzi prokurorları hədəf seçib.

Hər gün ədliyyəyə daxil olan terrorçu hədəf seçilən prokurorları addım-addım izləyib. Prokurorların binaya və otaqlarına giriş-çıxış saatlarını və nahara çıxdığı vaxtları öyrənib. Ancaq ədliyyədə çalışan polislərdən biri şəxsiyyət vəsiqəsindəki ad ilə vəsiqəni daşıyan şəxsin eyni olmadığını fərq edib. Bundan sonra terrorçunu Ankara Polis Təşkilatının terrorla mübarizə şöbəsinin əməkdaşları izləməyə başlayıb.

Keçirilən əməliyyatla Ankara Ədliyyəsində terror aktlına hazırlaşan və aralarında ədliyyəyə daxil olan terrorçunun da olduğu 5 DHKP-C-li tutulub. Ankara Ədliyyəsində terror aktını həyata keçirməyə hazırlaşdığını etiraf edən terrorçuların bundan başqa bəzi dövlət məmurları, həmçinin AKP-nin rəhbər şəxslərini hədəf seçdiyi məlum olub.

Ədliyyə binasına daxil olan terrorçunun vəkilin şəxsiyyət vəsiqəsini kimdən aldığı və həmin vəkillə əlaqəsinin olub-olmadığı araşdırılır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm