Səfirlik: Ankaradakı partlayışda azərbaycanlıların xəsarət alması barədə informasiya yoxdur
Bizi izləyin

Dünya

Səfirlik: Ankaradakı partlayışda azərbaycanlıların xəsarət alması barədə informasiya yoxdur

Şənbə günü Ankarada dəmiryolu vağzalı yaxınlığında baş verən partlayışda xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olması barədə informasiya hələ daxil olmayıb.

Bu barədə Trend-ə Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib.

Qeyd edək ki, bu gün Ankarada dəmiryolu vağzalı yaxınlığında partlayış baş verib. 30 nəfərin öldüyü, çox sayda yaralı olduğu barədə məlumat verilib.

Hadisə yerinə çox sayda təcili-tibbi yardım maşınları cəlb edilib. İlkin məlumatlarda partlayışın terror aktı olduğu ehtimal edilir.

Məlumatlarda ölənlərin və yaralıların sayının artacağı təxmin edilir.

Terror aktının kamikadze tərəfindən törədilməsi istisna olunmur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm