• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Taner Yıldız: “Risk yaranacağı halda cibindən pulu çıxan tərəf Rusiya olacaq”

  • Dünya
  • 10 Oktyabr 2015 16:41
  • 763 Baxış
Taner Yıldız: “Risk yaranacağı halda cibindən pulu çıxan tərəf  Rusiya olacaq”

Rusiya təyyarələrinin Türkiyə hava sərhədini pozması gərginliyə səbəb olub. Türkiyənin enerji istehlakının və təbii qaz təminatının bundan təsirlənməsi istisna edilmir.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda ölkənin enerji və təbii qaz idxalında Rusiyanın payı 54 faiz təşkil edir. “Botaş” rəhbərliyinin açıqlamalarına görə, Rusiyadan ildə 26 milyard kubmetr qaz idxal edilir. Ümumilikdə Türkiyə ötən il 49.2 milyard kubmetr təbii qaz idxal edib. Göstərilən dövrdə Türkiyə İrandan 8.9 milyard kubmetr, Azərbaycandan isə təxminən 6 milyard kubmetr təbii qaz alıb.

Onu da qeyd edək ki, rus təbii qazı “Qərb Xətti” və “Mavi Axın” boru xətləri ilə Türkiyəyə idxal olunur.

Anadolu Agentliyi isə “BOTAŞ”-a istinadən yazır ki, Rusiya ilə münasibətlər pozulacağı təqdirdə LNG idxalı artırılacaq. Lakin səlahiyyətlilər bunun qısa vədəli və bahalı həll yolu olduğunu da inkar etmirlər.

Türkiyənin Rusiyadan asılılığının əsas çıxış yolu kimi TANAP-in 2018-ci ildə təhvil verilməsi görülür. Digər tərəfdən İrandan alınan illik 10 milyard kubmetrə yaxın təbii qazın 20 milyard kubmetrə yüksəldilməsinə dair də müzakirələr aparılır. Şimali İraqdan idxalı gözlənilən təbii qaza bağlı da görüşlər keçirilir. Bu marşrut üzrə qazın 2017-ci ildən sonra Türkiyəyə idxalı gözlənilir.

Bu arada keçmiş enerji naziri Taner Yıldız da Rusiyaya qarşı sərt bəyanat səsləndirib: “Rusiyadan təbii qazı pulunu verib alırıq. Hədiyyə və ya havayı deyil. Risk yaranacağı halda cibindən pulu çıxan tərəf Rusiya olacaq”.

Leyla

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR