30 nəfərin ölümü dünən anons edilib: “Orada ölsəm...” - ŞOK
Bizi izləyin

Dünya

30 nəfərin ölümü dünən anons edilib: “Orada ölsəm...” - ŞOK

Türkiyənin paytaxtı Ankarada Dəmiryolu stansiyasına gedən körpünün altında baş verən partlayışın anonsu dünən verilib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, mitinqdə partlayışın olacağı dünən gecə “Anotoly Todorov” adlı “Twitter” hesabından bütün detalları ilə yazılıb.

“Ən qorxunc ehtimal Suruç-2 ola bilər. Ola biləcək bir terror aktı ən böyük qırğınlardan birinə yol aça bilər. Mitinqin qanuni olması qırğının siyasi maraqlara çevrilməsinə kömək edəcək. Bu vəziyyət hücum ehtimalını artırır”, - Twitter” hesabında bildirilib.

Hesabda həmçinin “Sabah orada ölsəm, əsla ölkəsini sevmədi" deməsinlər. Mən bu ölkəni Ədirnədən Ardahana qədər çox sevdim” yazılıb.

Partlayışdan sonra isə hesab bağlanılıb.

Qeyd edək ki, Xalqların Demokratik Partiyası (HDP) və vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı ilə keçirilən mitinqöncəsi baş verən partlayışda 30 nəfər ölüb, 126-dan çoxu yaralanıb. Partlayışın kamikadze tərəfindən törədildiyi bildirilir.

“Twitter” hesabında xatırlanan Suruc partlayışı isə 2015-ci ilin 20 iyul tarixində Türkiyənin Şanlıurfa vilayətinin Suruç şəhərində törədilib. Terror aktı nəticəsində 31 nəfər ölmüş, 100-dən çoxu yaralanmışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm