PKK atəşkəs elan etdi – SON DƏQİQƏ
Bizi izləyin

Dünya

PKK atəşkəs elan etdi – SON DƏQİQƏ

PKK terror təşkilatı birtərəfli atəşkəs elan edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə PKK-nın siyasi qanadı KCK İcra Şurasının qərarında deyilir.

“Türkiyənin daxilindən və xaricdən gələn çağırışları da diqqətə alan hərəkatımız xalqımıza və partizan güclərimizə hücum edilmədiyi müddətdə atəşkəsə əməl edəcək. Partizan güclərimiz bu müddətdə planlı hücumlar həyata keçirməkdən uzaq dayanacaq, hazırkı mövqeyini qoruyaraq bərabər və ədalətli bir seçkinin keçirilməsinə maneə törədəcək heç bir cəhd göstərməyəcək”, - qərarda bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm