Dünya
Donanma müharibəyə qoşulur: 7 NATO gəmisinə qarşı 8 rus gəmisi

Türkiyənin cənub sərhədləri üzərində artan Rusiya-NATO gərginliyi davam edərsə, hava hücumları ilə yanaşı, hərbi donanmanın da döyüşə atılacağı gözlənilir.
Publika.az xəbər verir ki, Türkiyənin “Radikal”
qəzeti bu ehtimaldan çıxış edərək Aralıq dənizinin Suriya
sahillərində kimin hərbi donanmasının daha güclü olduğunu
araşdırıb.
Dənizdə Rusiyaya məxsus hərbi gəminin sayı 8, Türkiyənin isə 4-dür.
Ümumilikdə 4 türk gəmisi ilə yanaşı, iki ABŞ və bir Fransa gəmisi
ilə NATO-nun gücü 7 hərbi gəmi ilə məhdudlaşır.
Rusiyanın gücü
Rusiyanın hərbi gəmilərinin üçü desantçıxarma gəmisidir. Yəni bu gəmilərdə sırf şəxsi heyət cəmləşib. Bununla yanaşı, 1 kreyser, 1 hücum, 2 dəstək gəmisi və 1 tanker var.
NATO-nun gücü
7 NATO gəmisində əsas güc Türkiyənin payına düşür. Türkiyə
istehsalı olan 2 korvet, bir hücum və bir dənizaltı gəmi var.
ABŞ-ın 1 kreyser və 1 tankeri, Fransanın isə 1 freqatı
mövcuddur.
Qəzet yazır ki, Suriyadakı qarşıdurma genişləndikcə müharibəyə
dəniz donanması da qoşula bilər.
Asif Nərimanlı

-
Avropa08:13
Fransa Pentaqonun yeni taktikasını DEŞİFRƏ ETDİ
-
Ekologiya07:17
Yağış yağacaq, külək əsəcək - Bu günün HAVASI
-
Sosial00:40
DTX-dan əməliyyat: tanınmış broker HƏBS EDİLDİ
-
Qoroskop00:15
Günün ULDUZ FALI: ifrat yorğunluğa düçar olacaqsınız
-
Avropa7 Avqust 22:49
Conson Londondakı evini satışa çıxardı - Məbləğ AÇIQLANDI
-
Yaxın Şərq7 Avqust 22:13
Misirin vasitəçiliyi ilə İsrail və Fələstin atəşkəsi qəbul etdilər
-
MDB7 Avqust 21:49
Toyda KURYOZ OLAY: 55 minlik üç zərf yoxa çıxdı
-
Nəqliyyat7 Avqust 21:31
Bakı-Quba yolundakı tıxacla bağlı DYP-dən AÇIQLAMA - VİDEO/YENİLƏNDİ