Mİ-24P helikopterlərindən İŞİD-ə ağır zərbə - VİDEO
Bizi izləyin

Dünya

Mİ-24P helikopterlərindən İŞİD-ə ağır zərbə - VİDEO

Rusiya ordusunun Mİ-24P helikopterləri Suriyada “İslam dövləti” (İŞİD) terror qruplaşmasının mövqelərinə növbəti zərbələrini endirib.

Publika.az xəbər verir ki, “Rossiya 24” telekanalı İŞİD-in mövqelərinin vurulduğunu göstərən videonu yayıb.

Videoçarxda deyilir ki, görüntülər Suriya ordusunun hərbçiləri tərəfindən çəkilib.

Rusiya Silahlı Qüvvələri Baş qərargahının rəis müavini general-leytenant İqor Makuşev bildirib ki, son bir gün ərzində Rusiya aviasiyası Suriyada 67 hərbi uçuş həyata keçirib. Makuşevin sözlərinə görə, İŞİD-in altı məntəqəsi, altı döyüş sursatı anbarı, üç yeraltı tikinti, 17 düşərgə və təlim bazası məhv edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm