Deyilən vaxt yetişdi: “Ölümsüz APO-çu Fədailər Batalyonu” şəhərlərdə
Bizi izləyin

Dünya

Deyilən vaxt yetişdi: “Ölümsüz APO-çu Fədailər Batalyonu” şəhərlərdə

Türkiyənin paytaxtı Ankarada Dəmiryolu stansiyasına gedən körpünün altında baş verən dəhşətli partlayış PKK terror təşkilatının liderlərindən olan Murad Karayılanın iki həftə etdiyi təhdidi yada salıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Karayılan Şırnak vilayətinin Beytüşşebap mahalında2 əsgərin şəhid edilməsindən sonra PKK-ya endirilən ağır zərbəyə təhdidlə cavab vermişdi.

“Son itkilər qeyri-peşəkarlığa görə verildi. Ancaq istədiyimiz vaxt istənilən şəhəri tək bir gecə nəzarət altına ala bilərik. Sabah onlar daha çox qırğın törətsə, “Ölümsüzlər Batalyonu” da şəhərlərdə hərəkətə keçəcək”, - PKK lideri təhdid etmişdi.

Yaralı ələ keçirilən, yaxud da təslim olan PKK terrorçularının verdiyi məlumatlar da göstərir ki, PKK şəhər mərkəzlərində kamikadze hücumlarının həyata keçirilməsi üçün böyük potensiala malikdir. PKK-nın “Ölümsüz APO-çu Fədailər Batalyonu” adını verdiyi, böyük əksəriyyəti qadınlardan təşkil olunan 600 nəfərlik kamikadze qrupunu yetişdirdiyi bildirilir. Kamikadze qrupunun təhlükəsizlik güclərin axtarışında olmayan və deşifrə edilməyən şəxslərdən seçildiyi deyilir. Məlumata görə, “Ölümsüz APO-çu Fədailər Batalyonu” PKK-nın Şimali İraqdakı düşərgələrində yerləşdirilib və hərəkətə keçmək üçün əmr gözləyir.

Kamikadze qrupunun Murad Karayılanın başçılıq etdiyi Mərkəzi Qərargah Komandirliyinə bağlı olduğu deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm