Rusiyanın Suriyada vurduğu yerlər - XƏRİTƏ
Bizi izləyin

Dünya

Rusiyanın Suriyada vurduğu yerlər - XƏRİTƏ

Rusiyanın Suriyada təşkil etdiyi hava əməliyyatlarının 10-cu günü tamam olub.

Publika.az “Al Jazeera”nin türk xidmətinə istinadən xəbər verir ki, rus qırıcıları 10 gün ərzində 10 bölgəni bombalayıb.

Ancaq bombalanan 10 bölgədən yalnız 4-ü İŞİD terror qruplaşmasının nəzarətindədir. Bombalanan bölgələri əks etdirən xəritə Rusiyanın İŞİD-dən çox müxalifət güclərini hədəf aldığını göstərir.

Rusiya aviasiyasının bombaladığı müxalifət bölgələri aşağıdakılardır:

1.Xüms çölü: ərazinin bəzi bölgələri Azad Suriya Ordusuna (ASO) bağlı güclərinin əlindədir.

2.Xama çölü: bölgə ASO-ya bağlı “İzzət” Briqadasının nəzarətindədir.

3. İdlib çölü: bu bölgədə bir çox ərazilərə “Əl-Nüsra” Cəbhəsinin də içində olduğu Fəth Ordusu tərəfindən nəzarət edilir. Buralarda İŞİD döyüşçüləri yoxdur.

4.Dəməşq çölü: Şərqi Guta bölgəsi müxalif “Ceyşul İslam” qrupunun əlindədir.

5.Lazikiyə çölü: buradakı Türkmən dağı, Kürdlər dağı və Selma bölgəsinə ASO-ya bağlı olan və daha çox türkmənlərdən ibarət olan silahlı qruplar nəzarət edir.

6.Hələb: şəhərin mərkəzindəki Raşidin məhəlləsi və şəhərin qərb hissəsi ASO-nun nəzarətindədir.

Rusiyanın vurduğu İŞİD-in olduğu bölgələr isə bunlardır: Rakka çölü, Xüms vilayətinin Karyateyn mahalı, Hələb çölünün şərq çölü və Deyr ez Zor vilayəti.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm