Dünya
Donbasda seçkilər ertələndi

Tanınmamış «Donetsk Xalq Respublikası»nın başçısı Aleksandr Zaxarçenko oktyabrın 10-da yerli seçkilərin vaxtının dəyişdirilməsi haqqında sərəncam imzalayıb.
Publikaş.az xəbər verir ki, seçkilər bu il oktyabrın 18-də keçirilməli olsa da, 2016-cı il aprelin 20-nə təxirə salınıb.
«Luqansk Xalq Respublikası»nın lideri İqor Plotnitski də eyni gündə oxşar bəyanat verib. O da Donbasda keçiriləcək seçkilərin vaxtının dəyişdirildiyini bildirib.
Tanınmamış respublikaların nümayəndələri seçkilərin «Normand dördlüyü»nün Paris sammitinin nəticələrinə əsasən ertələndiyini bildiriblər. Bu müddətdə Ukrayna Minsk razılaşması ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməli və Donbasa xüsusi status verməlidir.
Ukraynada yerli orqanlara seçkilər oktyabrın 25-ə təyin olunub. Kiyev də, Qərb dövlətləri də separatçıların nəzarətində olan ərazilərdə də seçkilərin Ukraynanın başqa bölgələriylə eyni vaxtda keçirilməsini istəyirlər.

-
ABŞ8 Avqust 22:48
ABŞ Ukraynaya 1 milyard dollarlıq hərbi paket ayırdı - SİYAHI
-
Magazin28 Avqust 22:24
Məşhur aktyor serial çəkilişi zamanı ÖLÜMDƏN DÖNDÜ - FOTO
-
Region8 Avqust 21:00
Ərdoğandan yeni əməliyyat ANONSU: "Halqaları tezliklə birləşdirəcəyik" - FOTO
-
Dünya8 Avqust 20:48
ŞOK ARAŞDIRMA: bu kosmik obyekt Yerə düşüb
-
Cənubi Qafqaz8 Avqust 20:13
Putin Paşinyanla Qarabağ ətrafındakı vəziyyəti MÜZAKİRƏ ETDİ
-
Nida Xəbər 8 Avqust 20:00
Bayramov hədəflərdən danışdı: "Azərbaycan və Türkiyənin..."
-
Ekologiya8 Avqust 19:12
Yaxın 3 gün ərzində hava necə olacaq?
-
Nida Xəbər 8 Avqust 18:53
Rəsmi qurumlara, banklara kiberhücumlar oldu