ABŞ xəbərdarlıq etdi: İrana qarşı sanksiyalar qüvvədədir
Bizi izləyin

Dünya

ABŞ xəbərdarlıq etdi: İrana qarşı sanksiyalar qüvvədədir

ABŞ Dövlət Departamenti dünya boyu səfirliklərinə demarş adlanan kabel mesajı göndərərək İrana qarşı sanksiyaların qüvvədə olduğunu xatırladıb.

Publika.az xəbər verir ki, bu barədə məlumatı Reuters xəbər agentliyi diplomatik və hökumət mənbələrindən əldə edib. Mesajda deyilib ki, İrana qarşı sanksiyalar Beynəlxalq Atom Enerjisi Agentliyi Tehranın razılığın bütün şərtlərinə əməl etdiyini təsdiq etməsinədək qüvvədə qalacaq. Ona görə də İranda neft sektoruna və başqa bizneslərə investisiya qoymaq istəyən şirkətlərə tələsməmək və iyul ayında əldə olunan nüvə razılığına əsasən rəsmi Tehranın götürdüyü öhdəliklərə tam əməl etməsini gözləmək tövsiyə olunur.

“Birləşmiş Ştatlar hökumətlərə bildirmək istəyir ki, İranla münasibətlərini qurarkən tələsməsinlər” – deyə Londondakı diplomatik mənbə bildirib.

Sanksiyaların nə zaman ləğv ediləcəyi hələlik bəlli olmasa da, ekspertlər hesab edirlər ki, əgər Tehran şərtlərə əməl etsə, gələn il İranla bəzi beynəlxalq maliyyə əməliyyatları həyata keçirilə bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm