Davudoğlu: “Dəmirdaşın ikili dilini...”
Bizi izləyin

Dünya

Davudoğlu: “Dəmirdaşın ikili dilini...”

Türkiyənin Baş naziri Əhməd Davudoğlu HDP həmsədri Səlahəddin Dəmirdaşın terrorla bağlı mülahizələrinə cavab verib.

Axar.az xəbər verir ki, Davudoğlu kürd liderin xalqın çətin günündən istifadə etdiyini deyib:

“Dəmirdaşın məqsədi terrorla mübarizə deyil, vətəndaşların hüznü deyil, bu ağrını paylaşmaq deyil. Bizim ürəyimiz yanır. Bunu hər kəs bilir. Amma onun məqsədi bizim ürəyimizdəki acını ölkə probleminə çevirməkdir. Amma əminəm, HDP-yə səmimi şəkildə səs verən vətəndaşlarımız dahi Dəmirdaşın bu ikili dilini, bu nifrətli çıxışını lazımınca qiymətləndirəcək, ona qarşı lazım olan münasibəti ortaya qoyacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm