Fransa Rusiyanın sifariş etdiyi gəmiləri Misirə satdı
Bizi izləyin

Dünya

Fransa Rusiyanın sifariş etdiyi gəmiləri Misirə satdı

Misir Fransadan Rusiya üçün nəzərdə tutulan vertolyotdaşıyan “Magistral” gəmilərinin alınmasına dair müqavilə imzalayıb.

Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, müqavilə oktyabrın 10-da Fransanın baş naziri Manuel Vallsın Qahirəyə səfəri zamanı imzalanıb.

Fransa prezidenti Fransua Olland sentyabrın 23-də Misir prezidenti Abdül Fəttah al-Sisi ilə belə bir razılığıa gəlmişdi. Bu gəmilərin hər biri 16 vertolyot, 4 desant kateri və 13 tank daşıya bilir. Gəmilər Rusiya üçün inşa edilmişdi. Amma Krımın ilhaqı və Ukraynanın şərqindəki münaqişəyə görə tətbiq edilmiş sanksiyalardan sonra sövdələşmə pozuldu. Rusiyanın 2011-ci ildə sifariş etdiyi gəmilərin dəyəri 1,4 milyard dollardır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm