Dünya
16 kamikadzenin ailəsindən DNT nümunələri götürüldü

Türkiyənin paytaxtı Ankara şəhərində terror aktı törədən kamikadzelərin kimliyinin müəyyənləşdirilməsi üçün İŞİD terror təşkilatının üzvü olan 16 nəfərin ailəsindən DNT nümunələri götürülüb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, DNT nümunələri kimliyi müəyyənləşdirilməyən cəsədlərdən götürülən nümunələrlə müqayisə ediləcək.
İlk qiymətləndirmələrə görə, şühhəlilərdən biri Suruçdakı terror aktını törədən Şeyx Əbdürrəhman Alagözün böyük qardaşı Yunus Əmrə Alagöz ola bilər. İlk araşdırmalarda bomba və partlayıcı qurğunun Suruçda 34 nəfərin həyatına son qoyan kamikadzenin istifadə etdiyi bomba və partlayıcı qurğu ilə eyni olduğu müəyyənləşdirilib.
Ankara Respublika Baş prokurorluğundan verilən məlumata görə, hadisə yerində cinsiyyəti müəyyənləşdirilməyən və kamikadzelərin olduğu ehtimal edilən 3 nəfərə aid cəsədin parçaları tapılıb. İki nəfərin baş hissəsinin bədəndən tamamilə ayrıldığı, qadına aid olduğu təxmin edilən cəsədin isə 6 parçaya ayrıldığı bildirilir.
Ömər Dağlı

-
Sağlamlıq15:01
Gülşən səhnəyə elə geyimdə çıxdı ki... - FOTO
-
ABŞ12:14
NATO-nun ABŞ-a etdiyi bu çağırış Rusiyanı HƏRƏKƏTƏ GƏTİRDİ
-
Ekologiya11:55
Sabah hava necə olacaq?
-
Digər11:37
Dünya şöhrətli yazıçı Rüşdiyə görə ölümlə HƏDƏLƏNDİ: "Növbəti sizsiniz"
-
Magazin111:03
Bülent Ersoyun inanılmaz dəyişimi - VİDEO
-
Magazin210:49
Məşhur aktyor faciəvi şəkildə öldü - FOTO
-
Nəqliyyat10:35
Bakı-Moskva təyyarəsində texniki problem aradan qaldırıldı - YENİLƏNDİ
-
MDB10:00
Kadırov AÇIQLADI: Donbasa yeni könüllülər qrupu yollandı - VİDEO