Deputatın köməkçisi öldürüldü
Bizi izləyin

Dünya

Deputatın köməkçisi öldürüldü

Rusiya Dövlət Dumasının deputatı Raisa Karamzinin köməkçisi İvan Ryazantsev öldürülüb.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Qarın və kürək nahiyəsindən çoxsaylı bıçaq zərbələri alan 36 yaşlı Ryazantsevin cansız bədəni onun həyat yoldaşı tərəfindən yaşadıqları mənzildə aşkarlanıb.

Qeyd edək ki, Raisa Karamzin prezident Vladimir Putinin lideri olduğu “Vahid Rusiya” partiyasını təmsil edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm