Dünya
Döyüş komandiri: “Ölkəni bölməyə imkan verməyəcəyik”
“Rusiya ordusunun dəstəyindən sonra Suriya ordusu ölkənin əhəmiyyətli hissəsini azad edib. Artıq 100-dən çox İŞİD terrorçusu məhv edilib. Rus hərbçiləri Suriya ordusuna əhəmiyyətli dəstək göstərdi”.
Publika.az xəbər verir ki, bu barədə Suriya
ordusunun komandiri Ayxan Əbdül Rəhman “Sputnik Gürcüstan”a
müsahibəsində deyib.
Onun sözlərinə görə, Suriyadakı terrorçulara ABŞ silah, Səudiyyə
Ərəbistanı və Qətər isə pul və canlı qüvvə verir: “Terrorçular bunu
gizlətmirlər. İŞİD-ə qarşı Qərbin qurduğu koalisiya gücləri Suriya
təyyarələrinin hərəkətini məhdudlaşdırırdı. Lakin əslində onlar
terrorçuları havadan müdafiə edirdilər. Rusiya təyyarələri münaqişə
zonasına daxil olandan sonra biz qısa müddət ərzində əhəmiyyətli
əraziləri azad etdik”.
Komandir Suriya ordusunun dünən yerüstü əməliyyatlara başladığını
bildirib.
“Bununla bağlı Suriya Baş qərargah rəisi, ordu generalı Əli Eyyub açıqlama verdi. Artıq bir çox strateji əhəmiyyətli rayonlar Suriya ordusu tərəfindən azad olunub. Türkiyə və Səudiyyə Ərəbistanının dəstəklədiyi qruplaşmaların əlində olan Aleppo bölgəsinin azad olunması üzərində iş aparır. Bu bölgə ölkənin şimalında Suriyanın ikinci böyük şəhəridir. Əməliyyatlarda İranın iştirakından danışmaq hələlik tezdir. İran Suriyanın etibarlı müttəfiqidir. “Hizbullah” isə artıq iki ildir bizim əsgərlərimizlə çiyin-çiyinə döyüşür”, - deyə o bildirib.
Ayxan Əbdül Rəhman qeyd edib ki, nə Suriya rəhbərliyi, nə ordu,
nə də xalq ölkənin parçalanması ilə barışmayacaq: “Suriyanın bütün
ərazisinə nəzarət bərpa olunacaq. Biz ölkəni bölməyə imkan
verməyəcəyik. Ölkənin ali rəhbərliyi Suriya torpağından
terrorçuları təmizləməklə bağlı qərar qəbul edib və bu
reallaşacaq”.
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb