Dünya
Rusiya nüvə silahına əl atacağını xatırlatdı
“Rossiya-1” telekanalının kanalının məşhur aparıcısı Dmitri Kisilyov bu gün efirə gedən ənənəvi müəllif verilişində Krımda keçirilən referendum məsələsinə toxunarkən, açıq-aşkar Amerika Birləşmiş Ştatlarını nüvə silahı ilə təhdid edib.
Kisilyov hadisələrin gərginləşəcəyi təqdirdə Amerikanın önündə rus nüvə silahını görəcəyini bildirib. O, əlavə edib ki, Rusiya Amerikanı radioaktiv külə çevirə bilən yeganə ölkədir.
Rusiyanın “Böyük səkkizlər”dən çıxarılacağı ilə bağlı hədələrə toxunan Kisilyov bilidrib ki, buna qarşı tərəfin gücü və hünəri çata bilməz. Belə olmasaydı, Obama əldən-ayaqadan düşüb Putinlə saatlarla danışmazdı.
Digər məsələlərdə də Amerika və Qərbi hədələyən Kisilyov bir qədər də irəli gedərək, Rusiya ilə Amerika arasında savaşın getdiyini, sadəcə, bu mübarizənin hələ ki, informasiya müstəvisində aparıldığını vurğulayıb.
Xatırladaq ki, Kisilyov Kreml siyasətinin ifadəçisi sayılır və Putindən “Vətənə xidmətə görə” mükafatı da alıb.
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK