Ərdoğan Krım türklərinin lideri ilə görüşdü
Bizi izləyin

Dünya

Ərdoğan Krım türklərinin lideri ilə görüşdü

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Krım tatarlarının lideri, Ukrayna millət vəkili Mustafa Cəmil Kırımoğlunu qəbul edib.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Krım tatarlarının lideri, Ukrayna millət vəkili Mustafa Cəmil Kırımoğlunu qəbul edib.

İzmirdə görüşən liderlər Krımda baş verən son hadisələri müzakirə ediblər. Ərdoğan bildirib ki, "Türkiyə qərb dünyası ilə birgə Ukraynanın ərazi bütövlüyünün qorunmasından yanadır. NATO hər hansı bir qərar verərsə, bizdə icrasında iştirak edəcəyik".

Ərdoğan Putinlə telefon əlaqəsi yaratdığını xatırladaraq qeyd etdi ki, Türkiyə Krımın yanında olacaq və onlara qarşı ziyan gəlməməsi üçün çalışacaq.

Kırımoğlu da Türkiyənin yanlarında olmasının özlərinə böyük mənəvi dəstək olduğunu vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm