Putini və Lavrovu təhdid etdilər: “Müharibənin yeni bumu başlayacaq”
Bizi izləyin

Dünya

Putini və Lavrovu təhdid etdilər: “Müharibənin yeni bumu başlayacaq”

“Rusiyanın Suriyadakı hərbi əməliyyatlarda iştirakı təhlükəli nəticələrə gətirib çıxaracaq”.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanın xarici işlər naziri Adil əl-Cübeyr və müdafiə naziri Məhəmməd bin Salman Rusiya prezidenti Vladimir Putin və rusiyalı həmkarı Sergey Lavrovla görüşdə bildirib.

“Rusiyanın Suriyadakı hərbi əməliyyatlarda iştirakı müharibənin yeni bumuna gətirib çıxaracaq və müharibəyə bütün dünyadan daha çox döyüşçü cəlb edəcək”, - krallığın baş diplomatı deyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı ötən həftə Rusiyanın Suriyadakı əməliyyatına cavab olaraq bu ölkədəki üç müxalifət qruplaşmasına silah yardımını artıracağını açıqlayıb. Söhbət ilk olaraq tank əleyhinə silahlardan söhbət gedir. Ər-Riyad müxalifət silahlılarına “yer-hava” tipli raketlərinin çatdırılmasını da istisna etmir. Səudiyyə tərəfindən silahlandırılacaq qruplaşmalar isə Bəşər Əsədlə vuruşan Fəth Ordusu, Azad Suriya Ordusu və “Cənub cəbhəsi” Ordusudur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm