Dünya
İŞİD-in “paytaxt”ı bir neçə həftəyə alınacaq

Kürdlər “İslam Dövləti”nin (İŞİD) “paytaxt”ı Rakka şəhərini bir neçə həftə ərzində ələ keçirəcəyinə söz veriblər.
Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə kürd özünümüdafiə dəstəsinin komandanı Sipan Xamo bildirib.
Onun sözlərinə görə, hazırda ABŞ-ın başçılıq etdiyi koalisiya ilə əməliyyatın başlanğıc tarixinin uyğunlaşdırılması üçün danışıqlar aparılır.
Qeyd edək ki, oktyabrın 12-də PKK terror təşkilatının Suriyadakı qolu olan PYD-yə yaxınlığı ilə tanınan qruplar “Suriya Demokratik Gücləri” adı altında birləşib. Birləşmiş güc İŞİD-ə qarşı birlikdə vuruşacaq.
YPG (PYD-nin hərbi qanadı) və YPJ (YPG-nin qadınlardan ibarət qrupu), həmçinin Suriya ərəb koalisiyasını təşkil edən “Ceyş əl-Suvar”, “Burkan əl-Firat”, “Əl-Sanadid”, “Əl-Cəzirə” briqadaları və Süryani Hərbi Şurası "Suriya Demokratik Gücləri”ndə təmsil olunacaq.
Ömər Dağlı

-
Nida Xəbər 15:38
Bir qrup QHT bəyanat yaydı: - Səfirliyimizə hücum edənlər cəzalandırılsın
-
Sosial15:19
Xankəndinə çatanda ermənilərin telefonuna gələn SMS - FOTO
-
Hadisə14:58
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında araşdırma başladı
-
Qarabağ 14:46
Larisa Alaverdyan: - Azərbaycanlılar Ermənistana QAYIDACAQ
-
ABŞ14:38
Bu hadisə ABŞ üçün tam uğursuzluq idi, çünki... - Con Bolton
-
Digər14:21
"Donetskin açarı" TUTULDU: - Kiyek TƏKZİB etdi
-
Dünya13:34
Tacikistanda “Regional Əməkdaşlıq-22” hərbi təlimləri - 7 ölkə iştirak edir
-
Magazin113:26
Pərvin Abıyeva bikinidə rəqs etdi - VİDEO