Əsədin və Nəsrullahın başına mükafat qoyuldu
Bizi izləyin

Dünya

Əsədin və Nəsrullahın başına mükafat qoyuldu

Suriyada rejim qüvvələrinə qarşı vuruşan “Əl-Nüsra” Cəbhəsinin lideri Əbu Məhəmməd əl-Culani digər qruplaşmalara birlik çağırışı edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Culani “Twitter” hesabında dərc olunan və 21 dəqiqə 6 saniyə davam edən səs yazısında Suriyada Rusiyanın müdaxiləsinə qarşı birləşməyin vacib olduğunu deyib.

“Əl-Nüsra” Cəbhəsinin lideri həmçinin Dəməşq rejiminin tərəfində vuruşan “Hizbullah”ın rəhbəri Həsən Nəsrullahı və Suriya prezidenti Bəşər Əsədi öldürənə mükafat veriləcəyini açıqlayıb.

Əsədin başına 3 milyon, Nəsrullahı öldürənə isə 2 milyon avro veriləcək. Culani onları öldürən şəxsin təhlükəsizliyinin “Əl-Nüsra” Cəbhəsi tərəfindən təmin ediləcəyini söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm