Krım referendumu: Rusiyanı istəyənlərin sayı 100 faizə yaxınlaşır
Bizi izləyin

Dünya

Krım referendumu: Rusiyanı istəyənlərin sayı 100 faizə yaxınlaşır

Krım referendumu: Rusiyanı istəyənlərin sayı 100 faizə yaxınlaşır

Krımın Rusiyaya birləşməsinə Krım Muxtar Respublikası əhalisinin 95,7 faizi səs verib.

Publika.Az – ın “RBK-Ukrayna” saytına istinadən verdiyi məlumata görə, bu barədə Krım parlamentinin komitə sədri Mixail Malışev jurnalistlərə açıqlamasında deyib.

Referendumda iştirak edənlərin yalnız 3,2 faizinin Krımın Ukraynanın tərkibində saxlanılmasına səs verdiyini deyən parlament üzvü seçki bülletenlərinin 75 faizinin yoxlanıldığını bildirib.

Seçki bülletenlərinin 1,1 faizi etibarsız sayılıb.

Qeyd edək ki, dünən açıqlanan ilkin nəticələrə görə, əhalinin 93 faizi Krımın Rusiyaya birləşməsinə tərəfdar çıxmışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm